...

Azərbaycan millisinin baş məşqçisi məğlubiyyətin səbəblərini açıqlayıb

İdman Materials 2 Fevral 2012 12:35 (UTC +04:00)
Azərbaycanın futzal üzrə millisinin baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatı çərçivəsində Portuqaliya-Azərbaycan matçındakı məğlubiyyətin səbəblərini açıqlayıb.
Azərbaycan millisinin baş məşqçisi məğlubiyyətin səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 2 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycanın futzal üzrə millisinin baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatı çərçivəsində Portuqaliya-Azərbaycan matçındakı məğlubiyyətin səbəblərini açıqlayıb.

"Əsas problemimiz oyunçu azlığıdır. Bu oyunu 8 nəfərlə oynadıq. Çox oyunçum olanda, daha yaxşı oynaya bilərik. Ancaq az oyunçu olanda, meydandakılarda yorğunluq yaranır. Rəqib isə topla daha yaxşı davrandığından, az oyunçu ilə ona qarşı oynamaq daha çətindir", - Trend-in AFFA-nın mətbuat xidmətinə idtinadən verdiyi məlumata görə, Da Silva bildirib.

Onun sözlərinə görə, Portuqaliya millisi son Avropa çempionatının gümüş mükafatçısıdır və hamı bu komandanın güclü olduğunu bilir. "Ancaq Portuqaliya yığmasına qarşı yaxşı oynadığımızı düşünürəm", - o deyib.

Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandası ilk oyununda Xorvatiyanın Zaqreb şəhərindəki Zaqreb Arenada Portuqaliya yığmasına 1:4 hesabı ilə məğlub olub. Komandamızın yeganə qolunun müəllifi Rəcəb Fərəczadə olub.

Millimiz Avropa çempionatında növbəti oyununu fevralın 3-də Bakı vaxtı ilə saat 23:30-da Serbiya yığmasına qarşı keçirəcək.

Xəbər lenti

Xəbər lenti