...

"Kəpəz" klubu ikinci gündür Türkiyədən qayıda bilmir

İdman Materials 2 Fevral 2012 13:48 (UTC +04:00)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Gəncənin "Kəpəz" futbol klubunun heyəti qeyri-sabit hava şəraitinə görə iki gündür Vətənə qayıda bilmir.
"Kəpəz" klubu ikinci gündür Türkiyədən qayıda bilmir

Azərbaycan, Bakı, 2 fevral / Trend müxbir M.Əliyev/

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Gəncənin "Kəpəz" futbol klubunun heyəti qeyri-sabit hava şəraitinə görə iki gündür Vətənə qayıda bilmir. Bu barədə cümə axşamı Trend-ə klubun prezidenti Elmir Əliyev məlumat verib.

Əliyev bildirib ki, klub Antalyadan İstanbula, ordan isə Azərbaycana yollanmalıdır, lakin əlverişsiz hava şəraiti üzündən İstanbula təyyarə ikinci gündür ki, gəlib çatmayıb.

Klub üzvləri hazırda hoteldə uçuşun baş tutma vaxtını gözləyirlər.

"Bu gün uçuşun Türkiyə vaxtı ilə 19:30-da (Bakı vaxtı ilə 21:30) baş tutması gözlənilir", - klub prezidenti deyib.

"Kəpəz" klubu Antalya şəhərində bir həftəlik təlim məşq toplanışında olub. Bu müddət ərzində Azərbaycan klubu üç yoxlama oyunu keçirib və hər üçündə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti