...

Azərbaycan taekvondoçuları İsveçə yollanır

İdman Materials 6 Fevral 2012 16:31 (UTC +04:00)
Azərbaycan taekvondoçuları fevral-ın 11-12-də XXI "Trelleborq Open" turnirində iştirak edəcəklər.
Azərbaycan taekvondoçuları İsveçə yollanır

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Azərbaycan taekvondoçuları fevral-ın 11-12-də XXI "Trelleborq Open" turnirində iştirak edəcəklər.

Trend-in məlumatına görə, İsveçə yollanacaq heyətə məşqçilərdən koreyalı mütəxəssis Con Conqbay, gənclərdən ibarət seçmə komandanın baş məşqçisi Gündüz Abdullayev, yeniyetmə idmançılarımızı çalışdıran baş məşqçisi Məmməd Abdullayev daxil edilib.

Avropa Taekvondo Birliyinin "A" kateqoriyalı turnirində komandamızı böyüklərdən Mikayıl Əliyev və Vüsal Məmmədov (hər ikisi -54 kq), Habil Səttarov (58 kq), Ramik Nəzərov (63 kq), Xosrov Əhmədov (74 kq), Fərid Tağızadə (87 kq), Şahrun Yusifova (49 kq), Aygül Abdullayeva və Fərqanə Qurbanova (hər ikisi 53 kq) təmsil edəcək.

Məşqçilər heyəti gənclərdən Babək Əjdərli və Kənan Tağıyev (hər ikisi-45 kq), Ruslan Abbasov (48 kq), Elmar Bədəlli (51 kq), Ayxan Tağızadə (55 kq), Pərvin Əliyev (59 kq), Nicat Əliyev (68 kq), Vladislav Subbotin (73 kq), Elnur Məhərrəmov (78 kq), Seyidəzim Bədirxanlı (+78 kq), Zümrüd Məlikova (42 kq), Nərminə Məmmədova (44 kq) və Təranə Məmmədova (46 kq) üstünlük verib.

Fevralın 9-da səfərə yola düşəcək komandamız Vətənə ayın 13-də dönəcək.

Xəbər lenti

Xəbər lenti