Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir M.Əliyev/
2020-ci ildə futbol üzrə Avropa çempionatının Azərbaycan və Gürcüstanda keçirilməsi məsələsi hazırda araşdırılır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Abdullayev bildirib ki, "Avro-2020"-nin Azərbaycan və Gürcüstanda keçirilməsi məsələsi müzakirələr səviyyəsindədir.
AFFA prezidenti deyib ki, araşdırmalardan sonra məlumat veriləcək. Onun sözlərinə görə, bu məsələ UEFA-nın İstanbulda keçiriləcək konfransında müzakirə olunmayacaq.
Qeyd edək ki, 2020-ci il Avropa Çempionatına sahiblik edəcək ölkəni UEFA 2014-cü ildə elan edəcək.
Gürcüstan Prezidenti Mixail Saakaşvili çərşənbə günü Bakıda Milli Məclisdə çıxış edərkən Gürcüstan və Azərbaycanın futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək niyyətini açıqlayıb.
Rövnəq Abdullayev: "Avro-2020"-nin Azərbaycan və Gürcüstanda keçirilməsi məsələsi hazırda araşdırılır