Azərbaycan, Bakı, 26 mart /Trend/
Almaniyanın Heydelberq şəhərində keçirilən Dünya Kuboku yarışlarında iştirak edən cüdoçularımız 4 çəki dərəcəsində Paralimpiya Oyunları öncəsi qüvvələrini sınayıblar.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, 60 kq çəki dərəcəsində Ramin İbrahimov bürünc medala, 90 kq çəki dərəcəsində Zakir Mislimov gümüş medala, komandamızın kapitanı, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev +100 kq çəki dərəcəsində qızıl medala layiq görülüblər.