...

Azərbaycanı dünya çempionatında 14 taekvondoçu təmsil edəcək

İdman Materials 29 Mart 2012 16:14 (UTC +04:00)
Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə seçmə komandası Misirin Şarm Əl Şeyx şəhərində IX Dünya Çempionatına yola düşür.
Azərbaycanı dünya çempionatında 14 taekvondoçu təmsil edəcək

Azərbaycan, Bakı, 29 mart /Trend/

Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə seçmə komandası Misirin Şarm Əl Şeyx şəhərində IX Dünya Çempionatına yola düşür.

Azərbaycan Taekvondo Federasiyası mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, baş məşqçi, respublikanın əməkdar məşqçisi Gündüz Abdullayev və koreyalı mütəxəssis Sun Mi Park heyətə Məcid Sofiyev (45 kq), Elmar Bədəlli (48 kq), Ruslan Abbasov (51 kq), Ayxan Tağızadə (55 kq), Pərvin Əliyev (59 kq), Nicat Əliyev (63 kq), Şamxal Əbilov (68 kq), Vladislav Subbotin (73 kq), Elnur Məhərrəmov (78 kq), Seyidəzim Bədirxanlı (+78 kq), Zümrüd Məlikova (42 kq), Nərminə Məmmədova (44 kq), Təranə Məmmədova (46 kq) və Fəridə Əzizovanı (67 kq) daxil edib.

Bu mötəbər yarışda Azərbaycanı, həmçinin beynəlxalq dərəcəli hakimlər Oh Kvanq Çeol və Elşən Quliyev də təmsil edəcəklər. Martın 30-da səfərə yollanan komandamız Vətənə aprelin 10-da dönəcək. Turnirdən öncə isə Dünya Taekvondo Federasiyasının Baş Assambleyası və İdarə Heyətinin iclası keçiriləcək.

Qeyd edək ki, böyüklərdən ibarət və olimpiya seçmə komandaları növbəti təlim-məşq toplanışı ərəfəsindədir. Belə ki, 30-dək taekvondoçu aprelin əvvəlindən sonunadək Qəbələdəki "Qafqaz Sport Hotel"də hazırlıq prosesində iştirak edəcək. Qarşıdakı təlim-məşqlər mayın əvvəlində İngiltərənin Mançester şəhərində Avropa çempionatına hazırlığın son mərhələsidir.

Xəbər lenti

Xəbər lenti