...

"Baku Fires" azlıqda qaldı

İdman Materials 30 Mart 2012 15:33 (UTC +04:00)
Martın 29-da Bakıda Ümumdünya Boks Seriyasının (WSB) yarımfinalının cavab oyununun başlanğıcında Azərbaycanın "Baku Fires" klubu ilə İtaliyanın "Dolce & Gabbana Milano Thunder" komandası arasında çəkişmə proseduru baş tutub.
"Baku Fires" azlıqda qaldı

Azərbaycan, Bakı, 30 mart /Trend/

Martın 29-da Bakıda Ümumdünya Boks Seriyasının (WSB) yarımfinalının cavab oyununun başlanğıcında Azərbaycanın "Baku Fires" klubu ilə İtaliyanın "Dolce & Gabbana Milano Thunder" komandası arasında çəkişmə proseduru baş tutub.

Trend-in məlumatına görə, gözlənilməz hadisə kimi "bakılı" Teymur Məmmədovun (85 kq) səhhətində problemlə əlaqədar Azərbaycan komandasının dörd nəfərlik tərkiblə çıxış edəcəyi məlum olub. Lazaretdə Məhəmmədrəsul Məcidov (+91 kq) da yerləşir, onun əvəzinə rinqə Denis Payaşika çıxacaq.

Məhəmməd Qurbanov (54 kq) (Baku Fires) Vyaçeslav Qoyan (Dolce & Gabbana Milano Thunder) ilə görüşəcək.

İsa İsayev (61 kq) - Xuan Xavyer Karasko Qerrero
Xeybulla Mürsəlov (73 kq) - Sergey Derevyançenko
Denis Payaşika (+91 kq) - Bencey Simmerman

"Təəssüflər olsun ki, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov yarışda iştirak edə bilməyəcəklər. Hələ dünən onların Milandan olan boksçulara qarşı rinqə çıxışları şübhə doğurmurdu, lakin, necə deyərlər, işə gözlənilməz hadisələr qarışdı. İdmançılar motivasiyada əskiklik hiss etmirlər. Rinqə yalnız bir məqsədlə çıxmaq lazımdır - qələbə qazanmaq. Əlbəttə, iki yarışın yekunlarına görə biz artıq finala çıxa bilməyəcəyik. Dörd boksçu ilə "Baku Fires" yalnız 4:0 hesabı ilə qonaqları uda bilər. Məhz bu cür göstərişi hər dörd boksçu alıb - çıxıb, qələbə qazanmaq", - "Baku Fires" klubunun baş məşqçisi Həmzət Ağayev deyib.

Xəbər lenti

Xəbər lenti