...

"Barselona" ilə "Qarabağ"ın fərqi

İdman Materials 2 May 2012 11:14 (UTC +04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların növbəti reytinqini açıqlayıb.
"Barselona" ilə "Qarabağ"ın fərqi

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir E.Mehdiyev/

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların növbəti reytinqini açıqlayıb. Trend-in məlumatına görə, son bir ayı əhatə edən reytinqdə planetin 408 komandası arasında Azərbaycanın ən yaxşılar sırasında yeganə klubu olan "Qarabağ" 70 xalla 280-ci pillədə qərarlaşıb.

Bununla da "Qarabağ" ötən ayla müqayisədə bir pillə geriləyib (73,5 xalla 279-cu yer).

"Qarabağ"la eyni göstəriciyə malik digər 6 komanda arasında Argentinanın "Nyuels Old Boyz" klubu, həmçinin son illər özündən söz etdirən Kipr "Anartosis"i də var.

Reytinqə dünyanın ən güclü komandası olan İspaniyanın "Barselona" klubu 367 xalla başçılıq edir. Onun əzəli rəqibi olan Madrid "Real"ı 306 xalla 2-cidir.

Xəbər lenti

Xəbər lenti