...

Millimiz Norveçlə qarşılaşacaq

İdman Materials 1 İyun 2012 20:37 (UTC +04:00)
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2013-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Norveç yığması ilə qarşılaşacaq.
Millimiz Norveçlə qarşılaşacaq

Azərbaycan, Bakı, 1 iyun /Trend/

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2013-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Norveç yığması ilə qarşılaşacaq.

Trend-in məlumatına görə, oyun Norveçin Drammer şəhərindəki "Marienlist" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son görüşündə Bakıda İslandiyaya 1:0 hesabı ilə qalib gələn millimiz 4 xalla turnir cədvəlinin 4-cü pilləsindədir. Yığmamız Norveçi məğlub edəcəyi təqdirdə rəqibi ilə xalını bərabərləşdirəcək.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk oyun 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatmışdı.

Xəbər lenti

Xəbər lenti