...

London Olimpiya Oyunlarının medalları olimpiada tarixində ən bahalı medallardır

İdman Materials 25 İyul 2012 12:14 (UTC +04:00)
Londonda keçiriləcək Yay Olimpiya Oyunlarının medalları olimpiada tarixində ən bahalı medallardır.
London Olimpiya Oyunlarının medalları olimpiada tarixində ən bahalı medallardır

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Londonda keçiriləcək Yay Olimpiya Oyunlarının medalları olimpiada tarixində ən bahalı medallardır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Britaniya KİV-i xəbər verib.

Onların hazırlanması üçün Böyük Britaniyaya Monqolustandan və ABŞ-ın Yuta ştatından səkkiz ton qızıl, gümüş və mis gətirilib.

Britaniyanın "Tarixi kral sarayları" təşkilatının nümayəndəsi Treysi Sends bəyan edib ki, medallar iyulun 2-dən yaxşı mühafizə olunan London "Tauer"də yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti