...

AFFA-dan maraqlı layihə

İdman Materials 25 İyul 2012 12:05 (UTC +04:00)
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 həyəcanı yaxınlaşdıqca turnirin tanıtım və hazırlıq işləri respublika səviyyəsində davam etdirilir
AFFA-dan maraqlı layihə

Azərbaycan, Bakı, 25 iyul /Trend/

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 həyəcanı yaxınlaşdıqca turnirin tanıtım və hazırlıq işləri respublika səviyyəsində davam etdirilir.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirin rəsmi kuboku iyul ayının 6-da keçirilən təntənəli püşkatma mərasimindən sonra FIFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub.

Pərəstişkarları sevindirəcək xəbər isə bundan ibarətdir ki, rəsmi kubok bir müddət AFFA-nın inzibati binasında, daha sonra isə sponsor və ölkə turlarında geniş ictimaiyyətə təqdim olunacaq. Sponsor turu zamanı rəsmi kubok çempionatın milli dəstəkçiləri olan SOCAR, Xalq Bank, Bakcell və Paşa Sığorta şirkətlərini gəzərək şirkət müştərilərinə bir addım daha yaxın olacaq. Sonrakı mərhələdə ölkə turuna start veriləcək və beləliklə kubok respublikanın Lənkəran, Gəncə, Sumqayıt və Bakı kimi iri şəhərlərinin əhalisinə təqdim olunacaq.

Maraqlı məqamdır ki, kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə Bakı şəhərinə qayıdacaq. Kubok turu zamanı adıçəkilən şəhərlərdə Top-Top Qız, rəqs qrupları, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu Çingiz Mustafayevin və bir sıra tanınmış simaların iştirakı ilə əyləncəli proqramlar təşkil olunacaq, azarkeşlərə Top-Top Qız və rəsmi kubokla şəkil çəkdirmək üçün imkan yaradılacaq.

Turun son günü kubok Dənizkənarı Milli Parkda keçiriləcək geniş konsert proqramı ilə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi açılış mərasiminin keçiriləcəyi Bakı şəhərinə geri dönəcək.

Xəbər lenti

Xəbər lenti