...

Azərbaycan cüdoçusu Rüstəm Orucov olimpiadada mübarizəsini dayandırdı

İdman Materials 30 İyul 2012 15:08 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Azərbaycan cüdoçusu Rüstəm Orucov 73 kiloqram çəki dərəcəsində 1/16 finalda Cənubi Afrika Respublikasının təmsilçisi Gdean van Zyl ilə mübarizə aparıb
Azərbaycan cüdoçusu Rüstəm Orucov olimpiadada mübarizəsini dayandırdı

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanın cüdo komandası bazar ertəsi Londonda XXX Yay Olimpiya Oyunlarında iştirakını davam etdirir.

Trend-in məlumatına görə, bu gün Azərbaycan cüdoçusu Rüstəm Orucov 73 kiloqram çəki dərəcəsində 1/16 finalda Cənubi Afrika Respublikasının təmsilçisi Gdean van Zyl ilə mübarizə aparıb.

Orucov vazari fəndi ilə geri düşsə də, son saniyələrdə ippon fəndi ilə qalib gələrək olimpiadada 1\8 final mərhələsinə yüksəlib.

Orucov 1\8 final mərhələsində rusiyalı cüdoçu Mansur İsayev qarşılaşıb. İdmançımız İsayevə uduzaraq olimpiadada mübarizəsini dayandırıb.

Xəbər lenti

Xəbər lenti