...

Azərbaycan Premyer Liqasının ilk turunun derbi oyunu Fariz Yusifova tapşırıldı

İdman Materials 3 Avqust 2012 11:50 (UTC +04:00)
Avqustun 4-də Azərbaycan Premyer Liqasının 2012/2013-cü il mövsümünə start verəcək birinci turun təyinatları açıqlanıb.
Azərbaycan Premyer Liqasının ilk turunun derbi oyunu Fariz Yusifova tapşırıldı

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Avqustun 4-də Azərbaycan Premyer Liqasının 2012/2013-cü il mövsümünə start verəcək birinci turun təyinatları açıqlanıb.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, turun avqustun 5-də keçiriləcək derbi oyunu sayılan "İnter" - "Qarabağ" görüşü Fariz Yusifova tapşırılıb. Yan xətt və dördüncü hakimlər Musayev Vaqif, Musayev Elman, Həsənov Rəhimdir.

Digər təyinatlar isə aşağıdakılardır:

4 avqust (şənbə)

"Sumqayıt" - AZAL
Hakimlər: Salmanov Anar, Abbasov Yaşar, Haşımov Mübariz, Məmmədov Orxan
AFFA nümayəndəsi: Məmmədzadə Sakin
Hakim-inspektor: Nəcəfov Füzuli

"Simurq" - "Qəbələ"
Hakimlər: Məmmədov Elçin, Hüseynov Namiq, Əliyev Nahid, Məmmədov Fərid
AFFA nümayəndəsi: Həsənov Qürbət
Hakim-İnspektor: Cəfərov Şahin

"Kəpəz" - "Turan"
Hakimlər: Ağayev Əliyar, Mahmudov Mehman, Abdullayev Munis, Əsgərov Elvin
AFFA nümayəndəsi: Əmirəliyev Əsgər
Hakim-inspektor: Haşımov Səfər

5 avqust (bazar)

"Rəvan" - "Xəzər Lənkəran"
Hakimlər: Əliyev Vüsal, Məmmədov Rza, Ramazanov Rahil, Əhmədov Ramil
AFFA nümayəndəsi: Məmmədov Məmmədəli
Hakim-inspektor: Ağayev Kərim

Xəbər lenti

Xəbər lenti