...

Azərbaycan taekvondoçusu Ramin Əzizov 1/4 finalda büdrədi (ƏLAVƏ OLUNUB)

İdman Materials 10 Avqust 2012 19:32 (UTC +04:00)
XXX London Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında Azərbaycan idmançısı Ramin Əzizov ilk görüşündə olimpiadanın favoritlərindən sayılan ikiqat Olimpiya, beşqat dünya çempionu Stiven Lopesə (ABŞ) qalib gəlib.
Azərbaycan taekvondoçusu Ramin Əzizov 1/4 finalda büdrədi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 avqust /Trend/

XXX London Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında Azərbaycan idmançısı Ramin Əzizov ilk görüşündə olimpiadanın favoritlərindən sayılan ikiqat Olimpiya, beşqat dünya çempionu Stiven Lopesə (ABŞ) qalib gəlib.

Trend-in məlumatına görə, 80 kq çəki dərəcəsində mübarizə aparan Əzizov rəqibini 3:2 hesabı ilə məğlub edərək 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Bu mərhələdə taekvondoçumuz italiyalı Mauro Sarmiento ilə qarşılaşıb.

Görüş Sarmientonun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İtaliya təmsilçisi finala çıxarsa, Əzizov bürünc medal uğrunda təsəlliverici görüşə qatılacaq.

Xəbər lenti

Xəbər lenti