...

FİDE şahmat üzrə 2015-ci il Dünya kuboku və 2016-cı il dünya olimpiadasının Bakıda keçirilməsini qərara alıb

İdman Materials 8 Sentyabr 2012 22:47 (UTC +04:00)
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) İstanbulda keçirilən konqresində şahmat üzrə 2015-ci il Dünya kuboku və 2016-cı il dünya olimpiadasının Bakıda keçirilməsi qərara alınıb.
FİDE şahmat üzrə 2015-ci il Dünya kuboku və 2016-cı il dünya olimpiadasının Bakıda keçirilməsini qərara alıb

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) İstanbulda keçirilən konqresində şahmat üzrə 2015-ci il Dünya kuboku və 2016-cı il dünya olimpiadasının Bakıda keçirilməsi qərara alınıb.

Trend-in Federasıyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, konqresdə namizədliyini irəli sürmüş Bolqarıstanın Albena şəhəri və Estoniyanın paytaxtı Tallinin namizədliyi təsdiq olunmamış, Bakının namizədliyinə üstünlük verilib.

FİDE-nin prezidenti Kirsan İllyumjinov qeyd edib ki, konqresin bu qərarı ölkəmizin idmanın, o cümlədən şahmatın inkişafındakı nailiyyətləri ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti