...

"Neftçi" UEFA-ya şikayət etdi

İdman Materials 22 Sentyabr 2012 17:44 (UTC +04:00)
"Neftçi" futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində Belqradda "Partizan"a qarşı keçirilən oyunda baş vermiş hadisələrlə əlaqədar UEFA-ya şikayət məktubu ünvanlayıb.
"Neftçi" UEFA-ya şikayət etdi

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir M.Əliyev/

"Neftçi" futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində Belqradda "Partizan"a qarşı keçirilən oyunda baş vermiş hadisələrlə əlaqədar UEFA-ya şikayət məktubu ünvanlayıb.

Klubdan şənbə günü Trend-ə verilən məlumata görə, məktubda matçdan sonra "Neftçi"nin serbiyalı qapıçısı Saşa Stamenkoviçə fiziki təzyiqə cəhd göstərilməsi məsələsinə baxılması və ölçü götürülməsi xahiş olunub.

"UEFA-nın həmin oyunda serbiyalı azarkeşlər tərəfindən asılmış irqçi plakatlarla bağlı qərar verəcəyi gözlənilir", - klubdan bildiriblər.

Qeyd edək ki, sentyabrın 20-də keçirilmiş "Partizan" - "Neftçi" oyunu 0:0 hesabı ilə başa çatmışdı.

Xəbər lenti

Xəbər lenti