Azərbaycan, Bakı, 23 sentyabr /Trend/
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 davam edir.
Trend-in məlumatına görə, turnirin növbəti oyununda Yaponiya və Braziliya yığmaları qarşılaşıblar.
Matç 5:0 hesabı ilə başa çatıb.
Qollar: Masuya, 2; 17, Narumiya, 49; 67, Suqita, 63.
Matç Bakıda "Bayil" stadionunda baş tutub.