...

Azərbaycanda güləş turnirinə seçim xarakterli zona yarışlarına start verilib

İdman Materials 4 Oktyabr 2012 12:54 (UTC +04:00)
2012-ci ilin təqvim planına əsasən, oktyabrın 20-23-də keçiriləcək Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə respublika turnirinin final mərhələsinə seçim məqsədilə zona yarışlarına start verilib.
Azərbaycanda güləş turnirinə seçim xarakterli zona yarışlarına start verilib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

2012-ci ilin təqvim planına əsasən, oktyabrın 20-23-də keçiriləcək Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə respublika turnirinin final mərhələsinə seçim məqsədilə zona yarışlarına start verilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, 1996-97-ci il təəvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışlar federasiyasının 1, 4, 6 və 7 saylı nümayəndəlikləri tərəfindən keçirilir. Zonalar üzrə iştirakçıların sayını nəzərə alaraq 4, 6 və 7 saylı nümayəndəliklərdə hər çəki dərəcəsində yalnız finalçılar, 1 saylı nümayəndəlikdə isə sərbəst növdə 1-3, yunan-Roma növündə 1-5-ci yerləri tutanlar Rəşid Məmmədbəyovun xatirə turnirində iştirak hüququ əldə edəcəklər.

1 saylı nümayəndəliyin seçim xarakterli Bakı birinciliyi Hövsan Olimpiya İdman Kompleksində təşkil olunub. Reqlamentə əsasən, oktyabrın 4-5-də sərbəst, 6-7-də isə yunan-Roma növündə qaliblər müəyyənləşəcək.

Yarışlar hər gün səhər saat 10:00-da başlayır.

Xəbər lenti

Xəbər lenti