...

"Real" Falkaoya görə 55 milyon avrosundan keçir

İdman Materials 18 Oktyabr 2012 15:18 (UTC +04:00)
"Real" Madridin "Atletiko" kklubunun və Kolumbiya yığmasının hücumçusu Radamel Falkaonu transfer etmək üçün fəal işlərə başlayıb.
"Real" Falkaoya görə 55 milyon avrosundan keçir

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

"Real" Madridin "Atletiko" kklubunun və Kolumbiya yığmasının hücumçusu Radamel Falkaonu transfer etmək üçün fəal işlərə başlayıb. Bu barədə Trend Rusiya mətbuatına istinadən məlumat verir.

Məlumata görə, "Real" rəhbərliyi Falkaonun keçidini gələn ilin yayında həyata keçirməyi planlaşdırır. Bu məqsədlə hücumçunun agenti Jorje Mendeş ilə artıq danışıqlar aparılıb.

Transferin məbləği 55 milyon avro həcmində qiymətləndirilir. "Kral" klubu bu vəsaiti hissə-hissə ödəmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti