...

Azərbaycan boksçularının Yerevanda dünya birinciliyində iştirak edib-etməyəcəyi bəlli deyil

İdman Materials 23 Oktyabr 2012 15:38 (UTC +04:00)
Boks üzrə gənclərdən ibarət milli komandamız Qazaxıstana yola düşüb. Yığmamız Kaldı-Kurqan şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Azərbaycan boksçularının Yerevanda dünya birinciliyində iştirak edib-etməyəcəyi bəlli deyil

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Boks üzrə gənclərdən ibarət milli komandamız Qazaxıstana yola düşüb. Yığmamız Kaldı-Kurqan şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, milli komandamızın baş məşqçisi Şamil Alimzanov və Vidadi Tağıyevin rəhbərliyi altında səfərə 13 boksçumuz yollanıb. Onlardan ikisi - Rauf Rəhimov və Pərviz Bağırov ötən il gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıblar.

Ceyhun İbrahimli, Rahil Məmmədli, Tural Əhmədov, Kamran Məlikov, Nəsrəddin Məmmədov, Saqi Salehli, Orxan Mayıllı, Sadiq Səmədov, Rüstəm Musayev, Fərid İsmayılov və Nəbi Bağırov da heyətə daxil ediliblər. Yarışda ölkəmizi hakim kimi Anar Babanlı təmsil edəcək.

Qeyd edək ki, gənclər arasında dünya birinciliyi noyabrın 25-dən dekabrın 8-dək Ermənistanın paytaxtı Yerevanda keçiriləcək. Ancaq Azərbaycan milli komandasının bu yarışda iştirak edib-etməyəcəyi hələ ki bəlli deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti