...

Fransalı güləşçilər Naftalana gəlirlər

İdman Materials 24 Oktyabr 2012 18:23 (UTC +04:00)
Azərbaycanın Naftalan və Fransanın Lege şəhərlərinin güləşçiləri arasında yoldaşlıq görüşü olacaq. Bu məqsədlə fransız güləşçilər oktyabrın 30-da ölkəmizə gələcəklər.
Fransalı güləşçilər Naftalana gəlirlər

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycanın Naftalan və Fransanın Lege şəhərlərinin güləşçiləri arasında yoldaşlıq görüşü olacaq. Bu məqsədlə fransız güləşçilər oktyabrın 30-da ölkəmizə gələcəklər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 4-dək Azərbaycanda olacaq qonaqlar səfər çərçivəsində Bakı, Gəncə, Şəki, Göyçay və Naftalan şəhərlərində olacaqlar. Proqrama əsasən, iki qardaşlaşmış şəhərin idmançıları arasında yoldaşlıq görüşü noyabrın 1-də keçiriləcək.

Qeyd edək ki, fransalı idmançılar noyabrın 2-də Şəkidə Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi, həmyerlimiz Əhmədiyyə Cəbrayılovun məzarını ziyarət edəcək, ertəsi gün isə Göyçayda "Nar bayramı"nda da iştirak edəcəklər.

Gələn ilin may ayında isə Naftalan idmançılarının Fransaya səfəri gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti