...

"Real" alman qapıçıya görə 30 milyon avro təklif edir

İdman Materials 30 Oktyabr 2012 14:05 (UTC +04:00)
Madridin "Real" komandası Almaniya yığmasının və "Bavariya" klubunun qapıçısı Manuel Noyerin transferi üçün 30 milyon avro ödəməyə hazırdır.
"Real" alman qapıçıya görə 30 milyon avro təklif edir

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Madridin "Real" komandası Almaniya yığmasının və "Bavariya" klubunun qapıçısı Manuel Noyerin transferi üçün 30 milyon avro ödəməyə hazırdır. Bu barədə Trend İspaniyanın "Marka" qəzetinə istinadən məlumat verir.

"Real"ın baş məşqçisi Joze Mourinyo Noyerin transferi sayəsində qapıçılar arasında rəqabəti gücləndirmək niyyətindədir. Belə ki, portuqaliyalı mütəxəssis son vaxtlar İker Kasilyasın oyunundan narazıdır.

Qeyd edək ki, Noyer "Şalke" məktəbinin yetirməsidir və 2011-ci ildən "Bavariya"nın şərəfini qoruyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti