Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir A.Axundov/
İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi bu gün Milanda keçiriləcək "İnter" - "Neftçi" oyununun 1:1 hesabı ilə başa çatacağını proqnozlaşdırır. Trend-in məlumatına görə, bu barədə Baldi jurnalistlərə deyib.
Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində "İnter" bu gün doğma Cüzeppe Meatsa (San-Siro) stadionunda "Neftçi"ni qəbul edəcək.
"İnter" Bakıya səfər matçına gələndə stadiondan oyunu izləmişəm və "İnter"in qalib gəldiyinə çox sevindim. Ümid edirəm ki, bu gün yaxşı matç olacaq və oyunun 1:1 hesabı ilə başa çatacağını gözləyirəm", - Baldi vurğulayıb.