...

Azərbaycanın futbol yığmasının baş məşqçisi 2012-ci ilin yekunlarını dəyərləndirib

İdman Materials 17 Dekabr 2012 13:52 (UTC +04:00)
Futbol üzrə Azərbaycan yığması bu il ərzində dünya çempionatının seçmə oyunları çərçivəsində 3 çətin səfər görüşü keçirib - Portuqaliya, Rusiya, Şimali İrlandiya yığmasına qarşı.
Azərbaycanın futbol yığmasının baş məşqçisi 2012-ci ilin yekunlarını dəyərləndirib

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir M.Əliyev/

Futbol üzrə Azərbaycan yığması bu il ərzində dünya çempionatının seçmə oyunları çərçivəsində 3 çətin səfər görüşü keçirib - Portuqaliya, Rusiya, Şimali İrlandiya yığmasına qarşı. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan milli yığma komandasının baş məşqçisi Berti Foqts bildirib.

"Və bu oyunlardan sonra qazanılan 2 xal məncə, yaxşı nəticədir. Təəssüfləndim ki, İsraillə ev oyununda 3 xal qazana bilmədik. Yaxşı oyun keçirirdik və 3 xal qazanmalı idik", - o deyib.

Foqts qeyd edib ki, Azərbaycan millisinin heyətində yaxşı gənc futbolçular var və artıq yığma 2013-cü ildə daha yaxşı oyun göstərə bilər.

Futbolçularımızın oyunun sonunda tam müdafiə olunması və nisbtən zəif oynaması barədə sualı cavablandıran Foqts deyib ki, hər zaman komandanın sona kimi yaxşı oynamasını istəyib, lakin buna futbolçuların fiziki durumu imkan vermir. "Rusiya ilə oyunda 85-ci dəqiqədə, Şimali İrlandiya ilə oyunda 95-ci dəqiqədə qol buraxılmasına futbolçularımızın fiziki durumu səbəb olmuşdu. Mən yenə də futbolçulara səslənirəm ki, öz fiziki durumları üzərində çalışsınlar, fərdi məşq etsinlər ki, biz 90 dəqiqə meydanda yaxşı futbol nümayiş etdirək", - baş məşqçi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti