Azərbaycan, Bakı, 20 dekabr /Trend/
Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Trend-in məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma nəticəsində "nəhənglər"in cütlüyü müəyyənləşib.
"Qalatasaray" - "Şalke"
"Seltik" - "Yuventus"
"Arsenal" - "Bavariya"
"Şaxtyor" - "Borussiya"
"Milan" - "Barselona"
"Real" - "Mançester Yunayted"
"Valensiya" - PSJ
"Porto" - "Malaqa"
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları fevralın 12-13-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.