...

MOK: Bakının 2024 Yay Olimpiya Oyunlarına namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edilməyib

İdman Materials 7 Yanvar 2013 11:53 (UTC +04:00)
Azərbaycan 2024 Yay Olimpiya Oyunlarına Bakının namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul etməyib.
MOK: Bakının 2024 Yay Olimpiya Oyunlarına namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edilməyib

Azərbaycan, Bakı, 7 yanvar / Trend müxbir M.Əliyev/

Azərbaycan 2024 Yay Olimpiya Oyunlarına Bakının namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul etməyib. Bu barədə bazar ertəsi Trend-ə Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Könül Nurullayeva bildirib.

O qeyd edib ki, 2016 və 2020 yay olimpiya oyunlarına namizədliyini irəli sürən Bakı hələ ki, növbəti seçki marafonuna qatılmaq üçün heç bir rəsmi qərar qəbul etməyib.

"Hazırda biz iddiamızı da qaldıra bilmərik. Çünki həmin prosedurun özünə hələ start verilməyib. Yeni iddiaçı şəhərlər öz namizədliyini 2020 Yay Olimpiya Oyunlarını keçirəcək şəhər müəyyənləşəndən sonra irəli sürə bilərlər və bu olimpiya oyunlarına 8 il qalmış baş tutmalıdır", - Nurullayeva bildirib.

Beynəlxalq Olimpiya Komitəsi ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq.

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Madrid, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri ilə yanaşı Bakı da öz namizədliyini irəli sürmüşdü. Lakin beynəlxalq kütləvi yarışların keçirilməsində təcrübənin azlığı Azərbaycan paytaxtının yekun seçimlərə qatılmağına əngəl törətmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti