Azərbaycan, Bakı, 10 yanvar /Trend /
Yanvarın 10-da "Abu Arena" İdman Kompleksində 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarışın iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoyulmuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn idman ictimaiyyətinin nümayəndələri ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Müşfiq İsayevin xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə güllər düzmüşlər.
Daha sonra yarışlara start verilmişdir.
Turnirin açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulamışdır. Bildirmişdir ki, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir və sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur.
Yüksək nəticələrin davamı kimi ötən il keçirilmiş London Olimpiadasında Azərbaycan idmançıları 10 medal qazanmışlar ki, bunlardan da 7-si güləşçilərin payına düşmüşdür. Bu gün açılış mərasiminə toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev bildirmişdir ki, Azərbaycanda güləş tarixən geniş yayılan qədim idman növlərindən biri olmuşdur. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər ölkəmizin paytaxtı Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir.
Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov yarışın əhəmiyyətini yüksək qiymətləndirmiş, pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışmış və idmanın bu növünün respublikamızda inkişafda olduğunu diqqətə çatdırmışdır.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra tədbir konsert proqramı ilə davam etmişdir.
Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan pəhləvanlar da qalibiyyət uğrunda mübarizə aparmışlar.
10 çəki dərəcəsində 129 pəhləvanın yarışdığı turnirdə qalib və mükafatçılar aşağıdakı kimi müəyyənləşib.
42 kq
1. Qulamdjon Abdullayev - Özbәkistan
2. Orxan Abbasov
3. Müşfiq Vәliyev
3. Erbol Dilmaqombetov - Qazaxstan
46 kq
1. Fazil Hәsәnov
2. Elvin Namazov
3. Nurjan Seytjon - Qazaxstan
3. Mahal Novruzov
50 kq
1. Mahir Әmiraslanov
2. Coşqun Mәmmәdov
3. Tofiq Sadıxlı
3. Georgi Pasikaşvili - Gürcüstan
54 kq
1. Georgi Kazaraşvili - Gürcüstan
2. Arif Hüseynov
3. Süleyman Vәliyev
3. Ibrahim Әliyev
58 kq
1. Mәhәmmәdәli Әliyev
2. Murad Süleymanov
3. Ruslan Abdullayev
3. Mәhәmmәd Hәsәnzadә
63 kq
1. Teymur Mәmmәdov
2. Tәbriz Mәmmәdov
3. Rustam Qasanov - Rusiya
3. Nәbi Nuquşov
69 kq
1. Abumuslum Muxidinov - Rusiya
2. Tariel Gaphrindaşvili - Gürcüstan
3. Hafiz Xәlәfov
3. Ilyas Jumay - Qazaxstan
76 kq
1. Mәhәmmәdrәsul Qazımәhәmmәdov
2. Arsen-ali Musalalıyev - Rusiya
3. Sәnan Әlizadә
3. Şamil Amirov - Rusiya
85 kq
1. Turxan Qurbanov
2. Abdul Ibrahimov - Rusiya
3. Rәhman Abdullayev
3. Cavid Sadıqov
100 kq
1. Givi Matçaraşvili - Gürcüstan
2. Rüstәm Hacıbәyov
3. Sadiq Ağamalıyev
3. Üzeyir Yusubov