...

Azərbaycan taekvondoçuları "Trelleborq Open"i 5 medalla başa vurublar

İdman Materials 11 Fevral 2013 13:04 (UTC +04:00)
Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət seçmə komandası İsveç Krallığında “Trelleborq Open” turnirini zəfərlə başa vurub.
Azərbaycan taekvondoçuları "Trelleborq Open"i 5 medalla başa vurublar

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət seçmə komandası İsveç Krallığında "Trelleborq Open" turnirini zəfərlə başa vurub.

Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, idmançılarımız Avropa Taekvondo Birliyinin (ETU) A dərəcəli yarışının son günü daha 2 medal qazanıblar. Ayxan Tağızadə (63 kq) və Səid Quliyev (73 kq) qızıl medala sahib olublar.

Fevralın 10-da yarışa qatılan digər 3 taekvondoçumuz isə mübarizədən medalsız ayrılıb. Nüfuzlu turnirin axırıncı yarış gününə olan nəticələr belədir:

63 kq
Təsnifat mərhələsi
Ayxan Tağızadə - Sindro Holff Peterson (Norveç) 19-7
Təsnifat mərhələsi
Ayxan Tağızadə - Klemas Aurimas (Litva) 12-8
¼ final
Ayxan Tağızadə - Konstantios Çamilidis (Almaniya) 06-05
½ final
Ayxan Tağızadə - Natçapon Çalermluk (Tayland) 9-3
Final
Ayxan Tağızadə - Stefan Samarciyev (Bolqarıstan) 5-4

73 kq
1/4
Səid Quliyev - Roberto Botta (İtaliya) 07-03
½ final
Səid Quliyev - Giorqos Patsali (Kipr) 8-3
Final
Səid Quliyev - Jon Asp (Norveç) 08-04

68 kq
Təsnifat mərhələsi
Saməddin Əliyev - Lətif Sami (Danimarka) 05-04
Təsnifat mərhələsi
Saməddin Əliyev - Aadne Skei Landsem (Norveç) 04-05

59 kq
Təsnifat mərhələsi
Zeyvi Kərimova - Pia Leonhardt (Almaniya) 00-03, qızıl xal

63 kq
Təsnifat mərhələsi
Nicat Fərəcov - İvan Filipoviç (Xorvat) 04-13

Beləliklə, ənənəvi "Trelleborq Open" turnirinin daimi favoritlərindən sayılan Azərbaycan taekvondoçuları bu dəfə 3 qızıl və 2 bürünc medal qazanmaqla yarışı yüksək pillələrdə başa vurublar. Daha 5 idmançımız isə mübarizəni ¼ finalda dayandırmaqla ən azı bürünc medal şansını əldən verib.

Gənclərdən ibarət semə komandanın baş məşqçisi, əməkdar məşqçi Məmməd Abdullayev və heyətin böyük məşqçisi Zahid Məmmədovun rəhbərliyilə 2013-cü ilin ilk beynəlxalq turnirini zəfərlə başa vuran Azərbaycan taekvondoçuları fevralın 12-də Bakıya qayıdacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti