...

Azərbaycanın gənc gimnastı beynəlxalq turnirdə bürünc medal qazanıb

İdman Materials 4 Mart 2013 13:57 (UTC +04:00)
Azərbaycanın gənc gimnastı Jalə Piriyeva Qran-prinin birinci mərhələsi çərçivəsində Moskvada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.
Azərbaycanın gənc gimnastı beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan, Bakı, 4 mart/Trend/

Azərbaycanın gənc gimnastı Jalə Piriyeva Qran-prinin birinci mərhələsi çərçivəsində Moskvada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Gimnastika Federasiyasından bildiriblər.

"13 yaşlı gimnast gənc idmançıların yarışlarında çoxnövçülükdə yerli idmançı və ukraynalı gimnastdan sonra üçüncü yerə (55,383 bal) sahib çıxıb. Üstəlik, Jalə ən gənc idmançılardan biri olub və 1998-99-cu il təvəllüdlü özündən böyük gimnastlarla mübarizə aparıb" , - məlumatda deyilir.

Gimnast Marina Durunda seçmə təsnifat vasitəsilə 4 mümkün finaldan 3-nə yüksəlib. O, ən yaxşı nəticəsini lentlə hərəkətlərdə göstərərək dördüncü olub. Finalda halqa ilə hərəkətlərdə 5-ci, gürz ilə tapşırıqda 8-ci, çoxnövçülükdə isə 7-ci yerə çıxıb.

Milli komandanın baş məşqçisi Mariana Vasilyevanın sözlərinə görə, yetirməsi zala toplaşanlarda xüsusi təəssürat yaradıb.

"Lentlə hərəkətlərdə çıxış zamanı naməlum səbəblərdən musiqinin dayandırılması Marinanın əhval-ruhiyyəsinə mənfi təsir göstərməyib və onun əla çıxışına mane olmayıb. Bədii gimanstikanın canlı əfsanəsi Alina Kabayeva Durundanı çox məharətli və perspektivli idmançı adlandırıb", - o qeyd edib.

Ötən istirahət günlərində Ukraynada daha bir beynəlxalq turnir keçirilib, lakin bu turnir akrobatika və tamblinq üzrə təşkil olunub. Bu yarışda Azərbaycan gimnastı Mixail Malkin ardıcıl ikinci dəfə mütləq qalib olub.

Bakı Gimnastika Məktəbinin 17 yaşlı yetirməsi Vinnitsdə yüksək məharət göstərib. Vint tapşırığının yüksək texniki icrası və tullanışların mürəkkəb kombinasiyası ilə birlikdə salto kombinasiyasının hündürlüyü onu Ukraynadan, Rusiyadan olan rəqibləri və daha 9 iştirakçı üçün əlçatmaz edib. Belə ki, Aydın Əliyev turnirdə yeddinci olub.

Azərbaycan bayrağı akrobatların şərəfinə də Ukraynadakı idman kompleksində yüksəklərə qaldırılıb. Belə ki, Seymur Cəfərov-Murad Əkbərovdan ibarət kişi gimnastların dueti ikinci, Jalə Abbasova-Nikita Trarovdan ibarət qarışıq cütlük isə üçüncü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti