...

Berti Foqts başqa bir komandada baş məşqçi işləyəcəyini istisna etməyib

İdman Materials 19 Mart 2013 12:14 (UTC +04:00)
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts gələcək karyerası ilə bağlı açıqlama verərkən başqa komandada baş məşqçi işləyəcəyini istisna etməyib.
Berti Foqts başqa bir komandada baş məşqçi işləyəcəyini istisna etməyib

Azərbaycan, Bakı, 19 mart /Trend/

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts gələcək karyerası ilə bağlı açıqlama verərkən başqa bir komandada baş məşqçi işləyəcəyini istisna etməyib.

"Mənim yenidən Almaniyada işləməyim tam mümkündür", Trend-in məlumatına görə, bunu Foqts Almaniya mətbuatına müsahibəsində deyib.

Baş məşqçi beş ildir Azərbaycanda çalışdığını bildirib.

"Oranın futbolunda inkişaf çox ləng gedir. Klubların baş məşqçilərinin dəstəyi olmadan biz istədiklərimizi həyata keçirə bilməyəcəyik", Foqts bildirib.

Baş məşqçi bir daha bəyan edib ki, uğur əldə etmək üçün futbolçular daha çox məşq etməlidirlər.

"Onlar çox az hazırlaşırlar. Bu da əsas problemlərdən biridir. Alman futbolçular gündə iki dəfə , azərbaycanlılar isə həftədə 3-4 dəfə məşq edirlər", o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti