...

Londonun "Arsenal" klubunun oyunçusu Azərbaycan komandalarının birində oynaya bilər

İdman Materials 25 Mart 2013 15:34 (UTC +04:00)
Londonun “Arsenal” klubuna məxsus olan Rusiya millisinin sabiq kapitanı Andrey Arşavin Azərbaycan klublarından biri ilə danışıqlar aparır. Trend-in xəbərinə görə, bu barədə məlumatı Rusiyanın “İzvestiya” qəzeti yazıb.
Londonun "Arsenal" klubunun oyunçusu Azərbaycan komandalarının birində oynaya bilər

Azərbaycanın, Bakı, 25 mart /Trend/

Londonun "Arsenal" klubuna məxsus olan Rusiya millisinin sabiq kapitanı Andrey Arşavin Azərbaycan klublarından biri ilə danışıqlar aparır. Trend-in xəbərinə görə, bu barədə məlumatı Rusiyanın "İzvestiya" qəzeti yazıb.

Məlumatda bildirilir ki, bu mövsüm yekunlaşandan sonra Arşavin ya Azərbaycan, ya da danışıqlar apardığı digər ölkə - Avstraliyanın çempionatında çıxış edə bilər.

Qeyd edək ki, yazıda Arşavinlə konkret hansı klubun danışıq apardığı açıqlanmayıb. Amma qeyd edilib ki, Azərbaycan futbolunun rəhbərləri qarşılarına bu idman növünün populyarlığının artırılması və klubların Avpopada uğurlu çıxış etməsi məqsədini qoyub.

Buna görə də ölkə çempionatına Avropada oynayan tanınmış futbolçuların cəlb edilməsi gözlənilir.

Trend-in əldə etdiyi məlumata görə, "Xəzər-Lənkəran" klubu Arşavini heyətinə qatmaqda maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti