...

"Mançester Siti"nin kapitanı nəhənglərin hədəfində

İdman Materials 4 Aprel 2013 15:37 (UTC +04:00)
İngiltərənin "Mançester Siti" komandasının kapitanı Vensan Kompani "Real", "Bavariya" və "Barselona" klublarının maraq dairəsinə düşüb.
"Mançester Siti"nin kapitanı nəhənglərin hədəfində

Azərbaycan, Bakı, 4 aprel /Trend/

İngiltərənin "Mançester Siti" komandasının kapitanı Vensan Kompani "Real", "Bavariya" və "Barselona" klublarının maraq dairəsinə düşüb.

Trend-in cümə axşamı xarici KİV-ə istinadən verdiyi məlumata görə, "Barselona" Belçika yığmasının 26 yaşlı futbolçusuna görə 23 milyon avro ödəməyə hazırdır. Lakin "şəhərlilər" futbolçunun transfer qiymətini 35 milyon avro dəyərində qiymətləndirirlər.

Kompaninin komandanı tərk etmə ehtimalına səbəb kimi onun klubun baş məşqçisi Roberto Mançini ilə münaqişədə olması göstərilir. Belə ki, italiyalı mütəxəssis müdafiəçinin zədəli halda yığmanın oyununda iştirak etməsinə etiraz edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti