...

Madridin “Atletiko” klubu “Azərbaycan ulduzları” komandası ilə görüş keçirəcək

İdman Materials 24 Aprel 2013 14:01 (UTC +04:00)
Aprelin 30-da Bakıda Madridin “Atletiko” klubuna qarşı oyunda əvvəlcədən nəzərdə tutulduğu kimi, “Bakı” yox, “Azərbaycan ulduzları” (All Star of Azerbaijan) komandası çıxış edəcək. Bu haqda Trend-ə “Bakı” klubundan məlumat verilib.
Madridin “Atletiko” klubu “Azərbaycan ulduzları” komandası ilə görüş keçirəcək

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Aprelin 30-da Bakıda Madridin "Atletiko" klubuna qarşı oyunda əvvəlcədən nəzərdə tutulduğu kimi, "Bakı" yox, "Azərbaycan ulduzları" komandası çıxış edəcək. Bu haqda Trend-ə "Bakı" klubundan məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycanın tanınmış bütün futbolçuları iştirak edəcək.

Görüşün hakimləri və Azərbaycan komandasının heyəti sabah müəyyənləşəcək. Məlumatda qeyd olunub ki, "Atletiko" Bakıya bütün ulduz futbolçuları ilə gələcək.

Qeyd edək ki, matçın biletləri sabahdan satışa çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti