...

Azərbaycan boksçuları Qazaxıstandan 6 medalla döndülər

İdman Materials 28 İyun 2013 18:48 (UTC +04:00)
Qazaxıstanın Kostanay şəhərində Seul olimpiadasının mükafatçısı Aleksandr Miroşniçenkonun xatirəsinə həsr edilmiş yeniyetmələr arasında boks turnirinə yekun vurulub.
Azərbaycan boksçuları Qazaxıstandan 6 medalla döndülər

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Qazaxıstanın Kostanay şəhərində Seul olimpiadasının mükafatçısı Aleksandr Miroşniçenkonun xatirəsinə həsr edilmiş yeniyetmələr arasında boks turnirinə yekun vurulub.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarışda milli komandamız məşqçilər Elbrus Rzayev və Hüseyn Bağırovun rəhbərliyi altında çıxış edib. Qazaxıstana yollanan 10 boksçumuzdan altısı Vətənə medalla dönüb.

57 kq çəki dərəcəsində mübarizə aparan Cavid İsgəndərzadə bütün döyüşlərini qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ümüd Rüstəmov (50 kq) və Mirağa İsmayılov (60 kq) yalnız finalda uduzaraq 2-ci yerə layiq görülüblər. Elşən Məmmədov (52 kq), Malik Həsənov (46 kq) və Cavidan Verdizadə isə (54 kq) 3-cü yerlə kifayətləniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti