Azərbaycan, Bakı, 30 avqust /Trend/
Bu gün Avropa Liqasının pley-off mərhələsinin növbəti oyunlari keçirilib. Trend-in məlumatına görə, turnirdə mübarizəni davam etdirən yeganə təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxıb.
Ağdam təmsilçisi Almaniyada "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən matç 2:1 hesabı ilə "Ayntraxt" klubunun xeyrinə başa çatıb.
Oyunda ilk qolu 10-cu dəqiqədə Meyer vurub, 58-ci dəqiqədə isə Reynaldo hesabı bərabərləşdirib (1:1), lakin 75-ci dəqiqədə İnui Alman klubunu irəli çıxartdı (2:1).
İlk oyunda "Qarabağ" 0:2 hesabı ilə məğlub olub.
Beləliklə, iki oyun nəticəsində "Qarabağ" Avropa Liqasının pley-off mərhələsi ilə vidalaşdı.