...

Bakının futbol üzrə Avropa çempionatına namizədliyi təsdiqləndi (SİYAHI)

İdman Materials 20 Sentyabr 2013 14:01 (UTC +04:00)
UEFA Bakı şəhərini 2020-ci il futbol üzrə Avropa çempionatını keçirməyə namizəd şəhər kimi təsdiqləyib. Bu haqda Trend-ə AFFA-dan məlumat verilib.
Bakının futbol üzrə Avropa çempionatına namizədliyi təsdiqləndi (SİYAHI)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

UEFA Bakı şəhərini 2020-ci il futbol üzrə Avropa çempionatını keçirməyə namizəd şəhər kimi təsdiqləyib. Bu barədə Trend-ə AFFA-dan məlumat verilib.

Bununla bağlı qərar UEFA-ya üzv ölkələrin milli federasiyalarının prezidentləri və baş katiblərinin Xorvatiyanın Dubrovnik şəhərində keçirilən toplantısında çıxarılıb.

Bakının çempionatı təşkil edəcək 13 şəhər arasına düşməsi şanslarını rəqibləri açıqlandıqdan sonra dəyərləndirmək olar.

Namizəd şəhərlər bunlardır: Bakı (Azərbaycan), Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Zaqreb (Xorvatiya), Praqa (Çexiya), Kopenhagen (Danimarka), London (İngiltərə), Helsinki (Finlandiya), Lion (Fransa), Skopye (Makedoniya), Münhen (Almaniya), Afina (Yunanıstan), Budapeşt (Macarıstan), Yerusəlim (İsrail), Roma, Milan (İtaliya), Astana (Qazaxıstan), Amsterdam (Hollandiya), Varşava, Xojuv (Polşa), Lissabon, Porto (Portuqaliya), Dublin (İrlandiya), Buxarest (Romıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Belqrad (Serbiya), Madrid, Barselona, Bilbao, Valensiya (İspaniya), Solna (İsveç), Bazel (İsveçrə), İstanbul (Türkiyə), Kiyev, Donetsk (Ukrayna), Kardiff (Uels), İrəvan (Ermənistan)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti