...

"Qalatasaray" yeni baş məşqçisinin adını rəsmən açıqladı

İdman Materials 30 Sentyabr 2013 20:03 (UTC +04:00)
"Qalatasaray" futbol klubu italiyalı mütəxəsssis Roberto Mançini ilə razılığa gəldiyini rəsmən açıqlayıb.
"Qalatasaray" yeni baş məşqçisinin adını rəsmən açıqladı

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

"Qalatasaray" futbol klubu italiyalı mütəxəsssis Roberto Mançini ilə razılığa gəldiyini rəsmən açıqlayıb.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, R.Mançini növbəti 3 il ərzində "sarı-qırmızılılar"ın baş məşqçisi olacaq.

İtaliyalı mütəxəssisin 6 köməkçisi olacaq. Onlardan birinin "Qalatatasaray"ın əfsanəvi futbolçusu Tuqay Kərimoğlu olduğu bildirilir. Bununla bağlı T.Kərimoğluya rəsmi təklif göndərilib.

Rəsmi olaraq təsdiqlənməsə də, R.Mançini ilə müqavilənin dəyərinin 4,5 milyon avro olduğu qeyd edilir.

Xəbər lenti

Xəbər lenti