...

Azərbaycanda uşaq və yeniyetmələr üçün yeni futbol məktəbi açılıb (FOTO)

İdman Materials 4 Noyabr 2013 17:34 (UTC +04:00)
Bu gün Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında yaradılmış "Vətən" sosial futbol məktəbinin açılış mərasimi olub.
Azərbaycanda uşaq və yeniyetmələr üçün yeni futbol məktəbi açılıb (FOTO)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında yaradılmış "Vətən" sosial futbol məktəbinin açılış mərasimi olub.

Trend-in məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müşaviri Hüseyn Əliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin direktoru Vasif Məmmədov, Real Madrid Fondunun vitse-prezidenti Enrike Sançes və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən A.Rəhimov məktəbin Azərbaycanda yeniyetmələr arasında futbolun yeni bir mərhələyə keçməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, Real Madrid Fondunun Azərbaycanda bu layihəyə dəstək verməsi təqdirəlayiqdir. A.Rəhimov ümidvar olduğunu bildirib ki, bu layihə özünü doğruldacaq və Azərbaycan futboluna yeni uğurlar gətirəcək.

Daha sonra çıxış edən E.Sançes Azərbaycan tərəfinə də bu layihədə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O deyib ki, Fond Azərbaycanda belə bir stadionun açılmasından şərəf duyur və əmindir ki, bu layihə uğurlu olacaq.

Təhsil Nazirliyinin dəstəklədiyi bu layihə çərçivəsində məşq edən 8-17 yaşlı uşaq və yeniyetmələrin (50 oğlan, 50 qız) müvafiq tələblər səviyyəsində təmin olunması üçün "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində hərtərəfli şərait yaradılıb. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Real Madrid Fondunun birgə layihəsi çərçivəsində fəaliyyət göstərən "Vətən" sosial futbol məktəbi Azərbaycanda futbola daha çox uşaq və gənc cəlb etmək məqsədlərinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti