...

Estoniya-Azərbaycan oyununun hakimləri bəlli oldu

İdman Materials 7 Noyabr 2013 12:41 (UTC +04:00)
Estoniya - Azərbaycan yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Estoniya-Azərbaycan oyununun hakimləri bəlli oldu

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Estoniya - Azərbaycan yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, matçı rusiyalı Aleksey Nikolayev idarə edəcək. Ona həmyerliləri Oleq Tselovalnikov və Vitali Drozdov kömək edəcək.

Ehtiyat hakim isə estoniyalı Silver Koiv olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 15-də Bakı vaxtı ilə saat 20:45 başlayacaq və Tallinndəki "A. Le Coq Arena"da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti