...

Berti Foqts: Futbolçular oyuna ciddi yanaşmadılar

İdman Materials 19 Noyabr 2013 16:13 (UTC +04:00)
Futbolçular oyuna ciddi yanaşmadılar. Trend-in məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Qırğızıstan və Azərbaycan yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra deyib:
Berti Foqts: Futbolçular oyuna ciddi yanaşmadılar

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Futbolçular oyuna ciddi yanaşmadılar. Trend-in məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Qırğızıstan və Azərbaycan yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra deyib:

"Rəqibin ifasında yaxşı futbol gördük. Biz ancaq son 20 dəqiqədə yaxşı oynadıq. Kombinasiyalı oyun göstərməyə çalışdıq. Qələbə qazanmalı idik. Yenə deyirəm, komandamızın yalnız son 20 dəqiqədəki çıxışından razıyam.

Futbolçular oyuna ciddi yanaşmadılar. Bu gün bəzi oyunçuları sınadıq. Narazı qaldıqlarım oldu. Topsuz oynaya bilmirlər. Komandada problemlər var".

Qırğızıstan milli komandasının baş məşqçisi Sergey Dvoryankov isə bildirib ki, yoldaşlıq görüşləri və rəsmi oyunlar arasında böyük fərq var: "Mövsümün sonudur. Bu səbəbdən komandalar hazır olmaya bilər. Azərbaycan milli komandasının son iki oyununa baxmışdım. Bu görüş həmin qarşılaşmalardan fərqlənmədi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti