Azərbaycan, Bakı, 6 yanvar /Trend/
Türkiyəli çalışdırıcı Güvenç Kurtarın "Rəvan"a keçidi rəsmiləşib.
Trend-in məlumatına görə, təcrübəli mütəxəssis "Rəvan"la bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, futbolçu karyerası ərzində "Beşiktaş", "Mersin İdman Yurdu", "Bursaspor", "Altay" və "Kocaelispor"da çıxış etmiş 63 yaşlı mütəxəssis məşqçiliyə 1990-cı ildə başlayıb. İlk iş yeri "Darıca Gənclərbirliyi" olan Kurtar daha sonra "Kocaelispor", "Sarıyer", "Petrolofisi", "Əskişəhərspor", "Zeytinburnuspor", "Diyarbəkirspor", "Elazığspor", "Akçaabat Sebatspor", "Çaykur Rizəspor", "Dənizlispor", "Bursaspor", "Altay" və "Adana Dəmirspor"da fəaliyyət göstərib.