Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası Şurasının üzvlərinin 30 yanvar - 3 fevral 2014-cü il tarixlərində Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyası (IOF) və İsveç Səmti Müəyyən Etmə Federasiyasının (SOF) birgə təşkilatçılığı ilə İsveçin Qotenbur şəhərində keçiriləcək 6-cı Yüksək dərəcəli tədbirlər seminarında (High Level Event Seminar) iştirak edəcək.
Federasiyadan Trend-ə verilən məlumata görə, seminara Finlandiya, İtaliya, Norveç, Polşa, Avstriya, Litva, Serbiya və başqa ölkələrdən 60-a yaxın iştirakçı qatılacaq.
Seminar səmti müəyyən etmə üzrə idman tədbirlərinin təşkilatçıları üçün nəzərdə tutulub və üç mövzuya həsr ediləcək:
1. Səmti müəyyən etmə üzrə dünya çempionatının (WOC) təşkili;
2. Səmti müəyyən etmə veteranları arasında dünya çempionatının (WMOC) təşkli;
3. Tədbirin proqram təminatı (elektron qeyd olunma sistemi).