...

Mixael Şumaxerin vəziyyəti sabit olaraq qalır

İdman Materials 17 Yanvar 2014 19:51 (UTC +04:00)
"Formula 1" yarışları üzrə 7 qat dünya çempionu Mixail Şumaxerin vəziyyəti sabit olaraq qalır.
Mixael Şumaxerin vəziyyəti sabit olaraq qalır

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

"Formula 1" yarışları üzrə 7 qat dünya çempionu Mixail Şumaxerin vəziyyəti sabit olaraq qalır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu alman pilotun meneceri Sabina Kem deyib.

Onun sözlərinə görə, M.Şumaxerin ailəsi tibbi heyətə tam güvənir və onun işindən məmnundur.

Qeyd edək ki, ötən il dekabrın 29-da Fransanın Meribel şəhərində xizəklə sürüşən M.Şumaxer yıxılaraq ağır kəllə beyin travması almışdı. Alman pilot 45 yaşını Qrenobldakı hospitalda komada "qeyd etmişdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti