Azərbaycan, Bakı, 24 yanvar /Trend/
Voleybol üzrə CEV kubokunda qadınların yarışında çıxış edən daha bir komandamız turnirlə vidalaşıb.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Lokomotiv" 1/4 final mərhələsi çərçivəsində Polşanın "Bank Fakro" klubu ilə hər iki görüşdə bacarmayıb.
Ötən həftə səfərdə baş tutmuş qarşılaşmada quru hesabla uduzan təmsilçimiz evdə də meydandan məğlub ayrılıb. Bakıda keçirilmiş cavab oyununda Kladio Kuellonun yetirmələri 5 setlik mübarizədə yenilib. Bununla da, "Azərreyl"in ardından "Loko" da yarışda yoluna davam edə bilməyəcək.
Qeyd edək ki, CEV kubokunda bir komandamız da çıxış edir. Çempionlar Lİqasında uduzaraq bu turnirə gələn "Azəryol" növbəti mərhələdə məhz polşalılarla qarşılaşacaq.