Azərbaycan, Bakı, 30 yanvar /Trend/
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun almaniyalı üzvü Daniel Klemme Yeni Zelandiyada keçirilən "Cycle Classic" turunun 2-ci mərhələsində 2-ci nəticə göstərib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, o, 143 km-lik mərhələnin qalibi, Avstraliyanın "Drapac Professional Cycling" komandasının hollandiyalı üzvü Vippert Viterdən cüzi fərqlə geri qalaraq finişi 2-ci keçib.
Xatırladaq ki, velosipedçimiz ilk mərhələdə 95 iştirakçı arasında 12-ci olmuşdu. 2 mərhələnin yekununa əsasən, D.Klemme liderdən cəmi 15 saniyə geri qalır və 12-ci mövqedədir.
Sabah keçiriləcək 3-cü mərhələdə iştirakçılar 154,5 km məsafə qət edəcəklər.