...

Premyer Liqanın bütün oyunlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

İdman Materials 22 Fevral 2014 13:54 (UTC +04:00)
Sabah Premyer Liqanın 23-cü turunun bütün oyunlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Premyer Liqanın bütün oyunlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Sabah Premyer Liqanın 23-cü turunun bütün oyunlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Bu haqda Trend-ə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən məlumat verilib.

Bununla bağlı artıq PFL tərəfindən bütün klublara müraciət olunub. Eyni zamanda bütün klubların sabah meydana qara sarğı ilə çıxacağı bildirilib.

Qeyd edək ki, Xocalı faciəsindən 22 il ötür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti