...

Avro-2016-da millimizin oyunlarının təqvimi açıqlandı

İdman Materials 23 Fevral 2014 23:10 (UTC +04:00)
Avro-2016-nın seçmə mərhələsində H qrupunda mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb.
Avro-2016-da millimizin oyunlarının təqvimi açıqlandı

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Avro-2016-nın seçmə mərhələsində H qrupunda mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb.

Trend-in məlumatına görə, millimiz ilk oyununu bu il sentyabrın 9-da Bakıda Bolqarıstana qarşı keçirəcək. Növbəti oyun isə İtaliya ilə çətin səfər qarşılaşmasıdır.

2014-cü il

9 sentyabr, saat 21:00

Azərbaycan - Bolqarıstan

10 oktyabr, saat 23:45

İtaliya - Azərbaycan

13 oktyabr, saat 23:45

Xorvatiya - Azərbaycan

16 noyabr, saat 21:00

Azərbaycan - Norveç

2015-ci il

28 mart, saat 21:00

Azərbaycan - Malta

12 iyun, saat 23:45

Norveç - Azərbaycan

3 sentyabr, saat 21:00

Azərbaycan - Xorvatiya

6 sentyabr, saat 21:00

Malta - Azərbaycan

10 oktyabr, saat 21:00

Azərbaycan - İtaliya

13 oktyabr, saat 23:45

Bolqarıstan - Azərbaycan

Qeyd edək ki, bu gün 2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. 53 komanda hərəsində 6 yığma olmaqla 8 qrupa bölünüb. Lakin sonuncu - 9-cu qrupda 5 komanda final mərhələsinə vəsiqə qazanmaq uğrunda yarışacaq.

Xatırladaq ki, Avropa çempionatları tarixində ilk dəfə olaraq Avro-2016-nın final mərhələsində 16 deyil, 24 komanda iştirak edəcək. Bu isə o deməkdir ki, seçmə mərhələni ilk iki pillədə başa vuracaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Seçmə mərhələni üçüncü sırada bitirəcək milli komandalar isə pley-off oyunlarından sonra bu hüquqa yiyələnə biləcəklər.

Xəbər lenti

Xəbər lenti