...

"Mzansi Tour"-un ikinci mərhələsi başa çatıb (FOTO)

İdman Materials 11 Aprel 2014 09:36 (UTC +04:00)
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” Cənubi Afrika Respublikasında keçirilən “Mzansi Tour” veloyürüşündə çıxışını davam etdirir.
"Mzansi Tour"-un ikinci mərhələsi başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Cənubi Afrika Respublikasında keçirilən "Mzansi Tour" veloyürüşündə çıxışını davam etdirir.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Velosipedçilər Ittifaqının 2.2 kateqoriyalı yarışının 2-ci mərhələsində iştirakçılar 159 km məsafə qət ediblər.

Heyəti Kristof Şvayzer, Yan Sokol, Metyu Bremmier, Markus Eybeger, Fil Laveri və Konnor Makkonveydən ibarət "Synergy Baku" üzvlərindən 2-ci mərhələdə ən yaxşı göstərici Markus Eybegerə məxsusdur - o məsafəni 3 saat, 47 dəqiqə, 48 saniyəyə başa vuraraq 8-ci olub. Bu mərhələnin qalibi adını isə yerli "MTN-Qhubeka" komandasının üzvü Luis Meytjes qazanıb - 3 saat, 46 dəqiqə, 8 saniyə.

Ümumi sıralanmaya gəlincə, 2-ci mərhələdəki çıxışı Eybegerə 11-ci pilləyə qalxmağa şərait yaradıb. Hazırda o liderə 2 dəqiqə, 50 saniyə uduzmaqla 11-cidir. Bu gün keçirilən 3-cü mərhələdə iştirakçılar 201 km məsafə qət edəcəklər. Yürüşə sabah yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti