...

Saymon Kleq: Bakı 2015 Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək

İdman Materials 8 May 2014 15:50 (UTC +04:00)
"Tamamilə əminəm ki, Bakı 2015 Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək, çünki Bakıda çox peşəkar bir komanda formalaşdırılıb". Trend-in məlumatına görə, bunu Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin yeni baş icraçı direktoru Saymon Kleq bu gün keçirdiyi mətbuat konfransında deyib.
Saymon Kleq: Bakı 2015 Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.Mehdiyev/

"Tamamilə əminəm ki, Bakı 2015 Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək, çünki Bakıda çox peşəkar bir komanda formalaşdırılıb". Trend-in məlumatına görə, bunu Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin yeni baş icraçı direktoru Saymon Kleq bu gün keçirdiyi mətbuat konfransında deyib.

S.Kleq qeyd edib ki, dünyada çoxlu sayda böyük yarışlar keçirilsə də, Bakı 2015 Avropa Oyunları kimi yarışların keçirilməsi təcrübəsi demək olar ki, yoxdur: "Lakin bu bizim qarşımıza çətinliklər çıxarmır, çünki biz burada yeni ideyalar, yeni təşəbbüslər ortaya qoyuruq və mən bütün Komitə üzvlərini həvəsləndirirəm ki, yeni innovativ ideyalar ortaya qoysunlar. Burada qazanılacaq yeni təcrübələr gələcəkdə də bu cür yarışların keçirilməsində istifadə ediləcək".

O, yarışların təşkili üçün ayrılan vaxtın az olduğunu vurğulayaraq bildirib ki, bu, yarışların keçirilməsinə heç bir maneçilik törətməyəcək: "Düzdür, bu Oyunların keçirilməsi üçün çox az vaxt verilib. Lakin düşünürəm ki, ölkə Prezidentinin tam dəstəyi ilə biz təşkilati prosesləri müvəffəqiyyətlə həyata keçirəcəyik. İndiyə qədər şahidiyəm ki, yarışların keçirilməsi üçün çox güclü bir baza yaradılıb. İndiyə qədər həyata keçirilən, planlaşdırılan işlərin səviyyəsindən çox razıyam".

S.Kleq həmçinin bildirib ki, Oyunların keçirilməsi üçün müasir standartlara cavab verən məkanlar inanılmaz dərəcədə sürətlə tiklir: "Əminəm ki, bu məkanlar vaxtında təhvil veriləcək. Ancaq burada yalnız sürət məsələsi deyil, eyni zamanda, keyfiyyət məsələsi nəzərə alınır. Azərbaycan belə məkanlar tikməklə keyfiyyətə investisiya yatırmış olub. Çünki bu məkanlar uzun illər Azərbaycanda idmanın inkişafına öz töhfəsini verəcək".

S.Kleq Azərbaycan idmançılarının da yarışlarda yüksək nəticələr nümayiş etdirəcəyinə ümidvar olduğunu bildirib.

Baş icraçı direktor yarışlar zamanı nəqliyyatla bağlı problemlərin olmayacağını düşünür: "Oyunların keçirilməsi yay aylarına təsadüf edir. Yəni adətən yay aylarında insanlar istirahətə getdiyi üçün şəhərdə sıxlıq azalır. Lakin yenə də şəhərdə aktiv həyatın davam etdiyini nəzərə alaraq, biz nəqliyyat işlərini də planlaşdırırıq. Hər hansı ciddi problemin meydana gələcəyini düşünmürəm".

Qeyd edək ki, S.Kleq Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin yeni baş icraçı direktoru təyin edilib. Britaniya Olimpiya Assosiasiyasının və İpsviç Şəhər Futbol Klubunun keçmiş baş icraçı direktoru olan S.Kleq bu vəzifədə Cim Şeri əvəz edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti