...

AFFA "Binə" klubunu qismən bağışladı

İdman Materials 6 İyun 2014 20:17 (UTC +04:00)
Həvəskarlardan ibarət “Binə” futbol klubu Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək mayın 28-də həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” - “Çağırğan” oyununda baş vermiş insidentlə bağlı olaraq AFFA İntizam Komirəsinin 03.06.2014-cü il tarixli 45 saylı protokolunda qeyd edilmiş qərarlara yenidən baxılmasını xahiş edib.
AFFA "Binə" klubunu qismən bağışladı

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Həvəskarlardan ibarət "Binə" futbol klubu Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək mayın 28-də həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin "Binə" - "Çağırğan" oyununda baş vermiş insidentlə bağlı olaraq AFFA İntizam Komirəsinin 03.06.2014-cü il tarixli 45 saylı protokolunda qeyd edilmiş qərarlara yenidən baxılmasını xahiş edib.

Trend AFFA-ya istinadən məlumat verir ki, Apellyasiya və Ekspert Komitəsi insidentin daha ətraflı araşdırılması üçün İntizam Komitəsinə məktub ünvanlayıb.

May 28-də həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin "Binə" - "Çağırğan" oyununda baş vermiş insident AFFA İntizam Komitəsi tərəfindən yenidən araşdırılıb və yuxarıda qeyd edilənlər nəzərə alınaraq qərara alınıb:

1. AFFA İntizam Komitəsinin 03.06.2014-cü il tarixli 45 saylı protokolunda göstərilən qərarlar qüvvədə saxlanılsın.
2. Yuxarıda qeyd olunan insidentin həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyində baş verməsi nəzərə alınaraq "Binə" komandasına AHFF-nin keçirdiyi XVI Ölkə Kuboku yarışlarında çıxışını davam etdirməsinə icazə verilsin.

Qeyd edək ki, İntizam Komitəsinin bundan əvvəlki qərarına görə, "Binə" komandası AHFF-nin keçirdiyi XVI Ölkə Kuboku yarışlarından, AHFF-nin 2014/2015-ci illər mövsümündə keçiriləcək XVII Ölkə birinciliyi və Kuboku yarışlarından kənarlaşdırılıb. "Binə" klubunun baş məşqçisi Məmmədəli Ağatalıbovun növbəti bir il ərzində AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda məşqçi kimi fəaliyyətinə qadağa qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti